Azərbaycan atleti Avropa çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan atleti Avropa çempionu oldu

İdman

04 Mart 2019 15:00 1028


Azərbaycan atleti Nazim Babayev Avropa çempionu olub.

"Yeni Sabah" xəbər verir ki, idmançımız Şotlandiyanın Qlazqo şəhərində keçirilən yüngül atletika üzrə Avropa çempionatında üç təkanla uzunluğa tullanma yarışında 17.29 nəticə göstərərək qızıl medal qazanıb. Portqaliyalı Nelson Evora 2-ci (17.11), alman Maks Hess isə 3-cü (17.10) olub.

N.Babayev bu nəticə ilə həm də öz şəxsi rekordunu yeniləyb. pizza

Xatırladaq ki, bundan əvvəl 21 yaşlı atletimiz 2015-ci ildə gənclər, 2017-ci ildə isə 23 yaşlı idmançılar arasında Avropa çempionu olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!