Azərbaycan axtarışda olan 2 nəfəri təhvil verdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan axtarışda olan 2 nəfəri təhvil verdi

Kriminal

15 Oktyabr 2024 13:22 986


Azərbaycan beynəlxalq axtarışda olan 2 nəfəri Rumıniya və Lüksemburqa təhvil verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Lüksemburq Böyük Hersoqluğunun səlahiyyətli orqanları tərəfindən iqtisadi sahədə cinayətlər törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1987-ci il təvəllüdlü Fransa vətəndaşı Sedrik Mişelin və Rumıniyanın səlahiyyətli orqanları tərəfindən mütəşəkkil cinayətkar qrup yaradılmaqla miqrantların qanunsuz daşınmasında təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1975-ci il təvəllüdlü Türkiyə vətəndaşı Oğuz Atalayın verilməsinə dair həmin ölkələrin səlahiyyətli orqanlarının vəsatətləri baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. pizza sifarişi

Qeyd olunub ki, sözügedən şəxslər Azərbaycanda müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!