Azərbaycan badmintonçuları finalda

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan badmintonçuları finalda

İdman

03 Oktyabr 2025 18:33 248


III MDB Oyunları çərçivəsində keçirilən badminton yarışında 1/4 finala adlayan Azərbaycan təmsilçiləri müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, kişilərin fərdi yarışında Əmirxan İmanov tacikistanlı Oqil Qoşimidən üstün olub – 2:0.

Qadınlarda Viktoriya Kumanyayeva Tacikistandan olan həmkarı Mohira Karimovanı 2:0 hesabı ilə məğlub edib. pizza sifarişi

Qadınların qoşa yarışında da Azərbaycan Tacikistanı mübarizədən kənarlaşdırıb. Nəzrin Mehrəlizadə və Viktoriya Kumanyayevadan ibarət komanda Sumayyahon Hasanova və Mohira Karimova cütlüyünü məğlub edib – 2:0.

Qarışıq qoşa komandaların mübarizəsində Fərəc Kərimli- Aysel Kazımova dueti Qazaxıstandan olan Yerassil Ahmet və Amaliya Ormanovanı 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, badminton yarışına oktyabrın 5-də yekun vurulacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!