“Azərbaycan beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddia qaldırmalıdır“   - Mixail Finkel

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddia qaldırmalıdır“ - Mixail Finkel

Siyasət

14 Fevral 2022 14:13 849


"Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarda vurduğu ziyana görə təzminat ödənməsi üçün bütün beynəlxalq məhkəmələrdə iddia qaldırmalıdır".

Bunu “Report”a israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə ekspert Mixail Finkel bildirib.

“Hər hansı bir ölkəyə hücum etmiş və ya hansısa haqsızlığa yol vermiş ölkənin sonradan zərərçəkmiş tərəfə vurduğu maddi ziyana görə təzminat ödəməsi ilə bağlı çox sayda nümunə var. Təbii ki, bu məsələ beynəlxalq məhkəmələrin qətnaməsinə əsasən həll olunur, işğalçı ölkə külli miqdarda vəsait ödəməyə məhkum edilir və ödəyir”, - ekspert deyib. Dördpendirli pizza

Onun sözlərinə görə, Ermənistan 30 il ərzində Qarabağ bölgəsini qanunsuz olaraq işğal və zəbt edərək həmin ərazidə yaşayış evləri, hər cür infrastruktur kimi maddi sərvətlərin məhv edilməsinə, maddi sərvətlərin daşınıb aparılmasına, heyvan və bitki aləminin qəsdən məhv edilməsinə görə Azərbaycana təzminat ödəməlidir.

Xatırladaq ki, dünya təcrübəsində işğal nəticəsində vurulan ziyana görə təzminatla bağlı nümunələr mövcuddur. Belə ki, bu il fevralın 9-da İraq 1990-1991-ci illərdə Küveyti işğal etdiyi zaman vurduğu maddi ziyana görə 52,4 milyard dollarlıq təzminatın ödənilməsini başa çatdırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!