Azərbaycan BMT-nin baş katibinə etiraz məktubu ünvanlayıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan BMT-nin baş katibinə etiraz məktubu ünvanlayıb

Maraqlı

22 Avqust 2019 14:42 1371


XİN-nin mətbuat katibi Leyla Abdullayeva Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin hesabatının BMT-də yayılması ilə bağlı KİV-də dərc olunan məlumatla bağlı sualı cavablandırıb.

Xarici İşlər Nazirliyindən “Yeni Sabah”-a daxil olan məlumata görə, mətbuat katibi qeyd edib ki, Ermənistan BMT-də üzvlük haqqından sui istifadə edərək BMT-dəki nümayəndəsinin Baş katibə ünvanlandığı məktubunun əlavəsi qismində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərdəki qanunsuz separatçı rejimin kağızını yayıb. O həmçinin bildirib ki, Ermənistan tərəfindən BMT, eləcə də ATƏT çərçivəsində qanunsuz separatçı rejimin kağızlarını yaymaq təcrübəsindən istifadə olunur, lakin bu heç bir halda bu təşkilatların mövqeyini əks etdirmir. Leyla Abdullayeva Ermənistan tərəfinin BMT çərçivəsində növbəti təxribatına cavab olaraq ölkəmizin BMT yanında Nümayəndəliyinin BMT Baş katibinə etiraz məktubu ünvanlandığını və məktubumuz bu günlərdə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunacağını da sözlərinə əlavə edib.

  Toyuqlu pizza

•  Toyuqlu pizza  Toyuqlu pizza   Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!