Azərbaycan boksçusu Avropa çempionatında finala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan boksçusu Avropa çempionatında finala yüksəldi

İdman

28 Noyabr 2025 22:13 1103


Azərbaycan boksçusu Sübhan Mamedov Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

"Yeni Sabah" xəbər verir ki, millinin 50 kq çəkidə mübarizə aparan lideri yarımfinalda Luis Runini (İrlandiya) məğlub edib.

İlk 2 raundda qalib gələn Mamedov analoji yarışın son çempionu ilə döyüşü vaxtından əvvəl xeyrinə bitirib. Rəqib güclü zərbədən zədələndiyi üçün həkimlər döyüşü saxlayıb və boksçumuz qalib elan edilib. O, sabah keçiriləcək finalda ukraynalı Maksim Rudiklə döyüşəcək. pizza sifarişi

Elbrus Rzayevin baş məşqçisi olduğu komandanın heyətində digər boksçularımızdan Tağı Nəsibov (60 kq) və Səbuhi Əlizadə (+90 kq) isə Avropa çempionatını bürünc medalla başa vurublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!