Azərbaycan-Bolqarıstan diplomatik münasibətlərinin 30 illiyi münasibətilə idman festivalı keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-Bolqarıstan diplomatik münasibətlərinin 30 illiyi münasibətilə idman festivalı keçirildi

Siyasət

05 İyun 2022 21:34 1156


Azərbaycan – Bolqarıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə Gənclərin İdman Festivalı keçirilib.

Yenisabah.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil edilən tədbirin açılış mərasimində gənclər və idman nazirinin müavini Mariana Vasileva, Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov, Azərbaycan XİN Avropa İdarəsinin rəis müavini Ruslan Rzayev, Azərbaycan - Bolqarıstan Paralmentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Rauf Əliyev çıxış ediblər. Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra açılış mərasimi bədii hissə ilə davam edib.

Sonra meydan hər iki ölkənin idmançılarına verilib. Güləş, akrobatika gimnastikası, brekdans və kapoeyra idmançılarının yarışı tamaşaçılar tərəfindən böyük maraqla izlənilib. Bir-birindən maraqlı yarış və nümunəvi çıxışlar dostluq şəraitində keçib. pizza sifarişi

Festivalın sonunda idmançıların mükafatlandırılma mərasimi keçirilib. Bolqarıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Nikolay Yankov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Elnur Məmmədova, nazir müavini Mariana Vasileva isə Bolqarıstan Gənclər və İdman Nazirliyi Beynəlxalq Əməkdaşlıq Şöbəsinin eksperti Marin Mirçevə xatirə kuboku təqdim ediblər. Eyni zamanda komanda rəhbərlərinə və idmançılara xatirə hədiyyələri verilib.

Qeyd edək ki, iyunun 5-də Azərbaycanla Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olur. Bu münasibətlə təşkil edilən festivalda iştirak etmək üçün Bolqarıstandan idman nümayəndə heyəti Azərbaycana səfər edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!