Azərbaycan bu gün regionun sülh və əməkdaşlıq məkanı kimi dünyanın diqqətindədir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan bu gün regionun sülh və əməkdaşlıq məkanı kimi dünyanın diqqətindədir

Siyasət

03 Avqust 2023 23:04 982


Dövlət başçısı İlham Əliyevin yerli və xarici mətbuata müsahibələrinin hər biri Azərbaycanın dünəni, bu günü və gələcəyi, eyni zamanda, tarixi həqiqətləri ilə bağlı zəngin məlumatların dünyaya çatdırılmasında böyük rola malikdir. Prezident İlham Əliyevin 49 ölkəni təmsil edən 150 xarici media nümayəndəsinin iştirakı ilə keçirilən Şuşa Qlobal Media Forumu çərçivəsində “Euronews” televiziyasına müsahibəsi hazırda ölkə və dünya mətbuatında geniş işıqlandırılır.

Yenisabah.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ermənilər işğal dövründə olduğu kimi postmünaqişə dövründə də ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür, qeyri-ciddi bəyanatları ilə diqqəti yayındırmağa çalışırlar. Hazırda dünyanın ikili standartlara əsaslanan siyasətini daha qabarıq şəkildə nümayiş etdirən Laçın yolunda vəziyyətlə bağlı ermənilərin apardıqları yalan təbliğata diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyev müsahibədə bir daha bu reallıqları əsaslı şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, Laçın yolunda hərəkət azadlığı bloklanmayıb. Sezar pizza

Baş redaktor dövlət başçısının Ermənistandakı ermənilərə mesajlarına da diqqəti yönəldib. Hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər. Əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. 44 günlük İkinci Qarabağ müharibəsi bu hekayələri məhv etdi. Azərbaycan nə bu gün, nə də gələcəkdə  daha bir müharibə istəmir. Qarabağdakı ermənilərə gəldikdə isə onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Onlar başa düşməlidirlər ki,  təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən  təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar. Onlar daha  manipulyasiyanın girovu olmayacaqlar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!