Azərbaycan bu peyvəndi almayacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan bu peyvəndi almayacaq

Sağlamlıq

02 Dekabr 2020 17:41 1766


Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənməyən koronavirus əleyhinə peyvəndi almayacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, ÜST peyvəndi təsdiqləyərsə, o zaman əldə olunacaq. Dominos pizza

"Vaksinin ABŞ, Türkiyə, yaxud hansısa digər ölkə istehsalı olmasının fərqi yoxdur. Təsdiqlənən vaksin olduğu təqdirdə, nə vaxtdan tətbiq ediləcəyi də bəlli olacaq", - deyə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, Böyük Britaniya koronavirusa qarşı dünyada birinci olaraq Pfizer-BioNtech vaksinini istifadə üçün bəyənib.

Vaksinin gələn həftədən bütün ölkə üzrə tətbiqinə başlanılacaq.

Koronavirusa qarşı Pfizer-BioNtech vaksini ÜST tərəfindən hələlik təsdiqlənməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!