Azərbaycan bu sahələrdə Ermənistanla əməkdaşlıq etməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan bu sahələrdə Ermənistanla əməkdaşlıq etməyəcək

Siyasət

26 Dekabr 2025 17:18 3078


“Azərbaycan Ermənistan əlaqələri bərpa olmayıb, bunu sıfırdan yaradırıq. Ermənistan tərəfi neft məhsulları satmağımızı təklif etdi, biz də müzakirə edib razılıq verdik”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O söyləyib ki, digər sahələrdə də ticari əlaqələrin yaranması istisna deyil. Dördpendirli pizza

“Hərbi-texniki sahə istisna edilməklə digər sahələrdə ticarət əlaqələri mümkündür. İndiyə qədər ticarət əlaqələri olmadığı üçün məsələnjn siyasi, psixoloji elementlərinə baxaraq qərar qəbul oluna bilər. Ermənistanda Azərbaycan məhsullarını almamaqla bağlı çağırışlar da eşidirik”, - XİN başçısı vurğulayıb.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!