Azərbaycan “Consonun layihəsi“ndə iştirak edəcəkmi?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan “Consonun layihəsi“ndə iştirak edəcəkmi?

Siyasət

13 İyun 2022 11:14 1445


“Gələcək perspektivdə Azərbaycanın da bu təşkilatda təmsil olunmaq imkanları var”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu deyib.

O, Böyük Britaniya Baş naziri Boris Consonun Avropa İttifaqına (Aİ) alternativ olaraq yaratma istədiyi qurumda Azərbaycanın təmsil olunub-olmayacağı məsələsinə toxunub. Pepperoni pizza

Xatırladaq ki, “Consonun layihəsi" kimi qələmə verilən bu təşkilata Polşa, Latviya, Litva, Estoniya, Türkiyə və Ukraynanın qəbul olunacağı iddia edilir.

“İlk növbədə, Türkiyə ilə Azərbaycan son dərəcə yaxın və strateji müttəfiqdirlər. Üstəlik Böyük Britaniya kimi, sözün həqiqi mənasında, qlobal proseslərə öz təsir imkanlarına görə seçilən bir ölkənin rəhbərliyi altında hansısa bri təşkilatın yaranması və Türkiyənin orada təmsil olunması, şübhəsiz, Azərbaycan üçün də geniş perspektivlər aça bilər.

Bu həm siyasi, həm də iqtisadi nöqteyi-nəzərindən, eləcə də müxtəlif iri layihələrin həyata keçirilməsi baxımından regiondakı mövqeyimizin güclənməsinə təkan verəcək.

Azərbaycanın bu quruma dəvət olunmasına gəlincə, əlbəttə, niyə də olmasın!? Azərbaycanla Böyük Britaniyanın çox yaxın münasibətləri var. Gələcək perspektivdə Azərbaycanın da bu təşkilatda təmsil olunmaq imkanları olacaq”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev isə yeni qurumda Türkiyənin adının hallandığını təsdiqləyib:

“Böyük Britaniya Avropa İttifaqından kənarda olan və ittifaq üzvü olan dövlətlərdən ibarət bir təşkilat yaratmaq istəyir. Bəli, Türkiyənin adı hallanır, amma Azərbaycana gəlincə, şayiələr əsasında şərh vermək istəməzdim”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!