“Azərbaycan çox mürəkkəb imtahanlar gözləyir” – Rəsul Quliyev

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan çox mürəkkəb imtahanlar gözləyir” – Rəsul Quliyev

Siyasət

05 Noyabr 2021 08:29 12657


“Rusiyanın nə vaxtsa Azərbaycana dost ölkə olacağına inanmıram”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, 2014-cü ildən qərb ölkələri tərəfindən izoliyasıyaya salınmış Rusiyanın prezidenti Putinin özünə inamı daha da artıb. O yenidən keçmiş SSRİ-ni qismən bərpa etmək planını həyata keçirmək niyyətindədir:

“Putin bu niyyətini reallaşdıracağına inanır və heç bir sahədə uğur qazanmadığından bu istiqamətdə qələbə çalmaq istəyir.  Toyuqlu pizza

Artıq Belarusu “İttifaq” adı altında faktiki işğal edib. Onların qəbul etdikləri həmin 26 müddəa faktiki Belarusun müstəqilliyini itirməsi deməkdir.

Lukaşenko vəzifəsinin naminə belarus xalqını satdı. Putin bu sazişə başqa ölkələrin də qoşulacağını bəyan edib. İlk növbədə o Tacikstan, Ermənistan və Qırğızıstana bunu təklif edəcək. Növbədə Qazaxstan və Azərbaycandır. 

Prezident Əliyevlə Prezident Ərdoğanın 3+3 planınını Putin dəstəkləyir. Ancaq onu da bilir ki, Gürcüstan heç vaxt Rusiya ilə eyni müqavilədə iştirak etməyəcək. Gürcüstan NATO və Aİ-nın üzvü olmaq istəyir.

Özbəkistan və Türkmənistanın Rusiya ilə sərhədi yoxdur və hər iki ölkə Çinlə sıx əlaqədədir. Qazaxstanın da ümidi Çinədir.

Türkəsilli ölkələrin arasında olan müqavilə başqa bir mərhələyə keçməlidir. Bu ölkələrin dünyanın ikinci superderjavası sayılan Çinlə əlaqələridə tamamilə başqa bir müstəviyə keçməlidir.

Putin aşağı savada malik olduğu üçün özündən razı, təkəbbürlü birisidir. Ən azı özünü I Pyotr, II Yekaterina, Stalindən sonra Rusiyanın 4-cü şəxsiyyəti hesab edir.

2020-ci ildə qalib Azərbaycan xalqını başda prezident Əliyev olmaqla gələcək bir neçə il çox mürəkkəb imtahanlar gözləyir. İnanıram ki, bu illərdə də 2020-ci il qələbə ənənəsi davam edəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!