Azərbaycan cüdoçularından böyük nailiyyət -   3 medal qazandılar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan cüdoçularından böyük nailiyyət - 3 medal qazandılar

İdman

19 Oktyabr 2025 09:34 275


Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-pri turnirində 2 qızıl, 1 bürünc medal qazanıblar.

"Yeni Sabah" xəbər verir ki, Hidayət Heydərov (73 kq) finalda Çexiya təmsilçisi Husniddin Kərimovu üstələməklə qızıl medal qazanıb.

Eyni uğura Vüsal Qələndərzadə (81 kq) də imza atıb. O, turnirin həlledici görüşündə Eetu İhanamakiyə (Finlandiya) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Dominos pizza

Rəşid Məmmədəliyev isə (73) üçüncü yer uğrunda görüşdə kanadalı Castin Lemirzeni məğlub edərək bürünc medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) Meksika turnirinin qalibi olublar. Əhməd Yusifov (60 kq) isə bürünc mükafata sahib çıxıb. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!