Azərbaycan cüdoçusu Böyük Dəbilqə turnirində bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan cüdoçusu Böyük Dəbilqə turnirində bürünc medal qazandı

İdman

30 Noyabr 2025 19:40 950


Azərbaycan cüdoçusu Uşanqi Kokauri Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.

"Report"un məlumatına görə, idmançı +100 kq çəkidə üçüncü yeri tutub.

O, həlledici görüşdə Niderland təmsilçisi Yur Spaykersi ipponla məğlub edərək fəxri kürsüyə yüksəlib. Marqarita pizza

Yığmanın digər üzvləri - Əhməd Yusifov (60 kq), Murad Fətiyev (90 kq) və Camal Qamzatxanov (+100 kq) turniri 5-ci yerdə başa vurublar.

Qeyd edək ki, ilk üç qarşılaşmasında qələbə qazanan Murad Fətiyev zədələndiyi üçün yarımfinal mərhələsində mübarizəni davam etdirə bilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!