“Azərbaycan Dəmir Yolları“ gücləndirilmiş iş rejiminə keçib

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Dəmir Yolları“ gücləndirilmiş iş rejiminə keçib

Avto

13 Mart 2019 16:35 1120


Bayram və istirahət günlərində sərnişin axınının artması ilə əlaqədar rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat verib.

Məlumatda həmçinin deyilir ki, qurumun Sərnişin daşımaları departamentinin kollektivi Novruz bayramı ilə əlaqədar gucləndirilmiş iş rejimində çalışır. Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib. pizza sifarişi

Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!