Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

Din

23 Dekabr 2024 10:16 2681


Bakıda Azərbaycan Din Xadimlərinin Forumu öz işinə başlayıb.

Yenisabah.az xəbər verir ki, tədbir “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusuna həsr edilib.

Forumun “Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış”, “Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu”, “Azərbaycan multikulturalizmi: təcrübə, ənənə və müasir çağırışlar” və “Dünyəvi dövlətdə dini təhsil modelləri: nəzəriyyə və praktika” mövzularına həsr olunacaq panel sessiyalarında dini sahədəki siyasətin əsas istiqamətləri, aktual məsələləri, ölkədə dini durumla bağlı mövcud vəziyyət müzakirə olunacaq. Dominos pizza

Tədbir çərçivəsində “Qərbi Azərbaycan: xəritələr, eksponatlar, abidələr, deportasiya” mövzusunda fotosərgi də nümayiş etdiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!