“Azərbaycan dini dözümlülük nümunəsidir“

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan dini dözümlülük nümunəsidir“

Din

15 Mart 2019 19:47 1168


14 və 15 mart tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

“Yeni Sabah” xəbər verir ki, iki günlük seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, müəllimlər, ziyalılar, gənclər, dini icma sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirib, son dövrlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. Pepperoni pizza

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı vurğulayıb ki, dinlararası münasibətlərin tənzimlənməsi, eyni zamanda dini dözümlülüyün yüksək səviyyədə mövcudluğu dövlətin siyasətinin prioritet istiqamətlərindən biridir. Qeyd olunub ki, bu gün biz iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan dünyada tolerantlıq modelidir. İstər məzhəblərarası, istər dinlərarası məsələlərdə dini dözümlülük nümunəsidir. Dünyanın heç bir yerində Azərbaycan qədər dini dözümlülük yoxdur.

Çıxışlar ətrafında geniş müzakirələrlə davam edən seminar-müşavirədə DQİDK-nın sifarişi ilə çəkilmiş "Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub və tədbir iştirakçılarının sualları cavablandırılıb. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!