Azərbaycan Dövlət Turizm Agentliyində kütləvi ixtisar baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Dövlət Turizm Agentliyində kütləvi ixtisar baş verir?

Sosial

07 Aprel 2026 16:54 390


Azərbaycan Dövlət Turizm Agentliyində kütləvi ixtisarların başlandığı ilə bağlı iddialar yayılıb.

Agentliyin ixtisara düşən bəzi əməkdaşları iddia ediblər ki, son ay ərzində artıq 30-dan çox əməkdaş işdən çıxarılıb.

Onların sözlərinə görə, Agentlik tərəfindən əsas kimi Maliyyə Nazirliyindən daxil olan məktub göstərilib. Pepperoni pizza

Bildirilib ki, məktubun məzmunu açıqlanmayıb, lakin ixtisar prosesinin aparıldığı qeyd olunur. İddialara əsasən, əsasən memarlıq və tikinti sahəsində çalışan əməkdaşlar vəzifələrindən azad edilirlər.

Qeyd olunub ki, bəzi hallarda əməkdaşlardan öz ərizələri ilə işdən çıxmaları tələb olunur ki, bu da kompensasiyanın verilməməsi ilə nəticələnir.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Turizm Agentliyindən bildirilib ki, qurumda kütləvi ixtisarlar baş vermir.

“Dövlət Turizm Agentliyində kütləvi ixtisar yoxdur”, – deyə məlumatda qeyd olunur. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!