“Azərbaycan dövləti vətəndaşları üçün edə biləcəyi hər şeyi edib“-Əli Əhmədov

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan dövləti vətəndaşları üçün edə biləcəyi hər şeyi edib“-Əli Əhmədov

Siyasət

25 Fevral 2019 22:07 1016


Azərbaycanda prezident seçkiləri bir ildən azdır ki, keçirilib. İddiası olan prezident seçkilərində iştirak edərdi. Növbəti seçki 2025-ci ildə olacaq.

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, normal, dövlətinin qədrini bilənlərin olduğu cəmiyyətdə insanlar heç zaman aranı qarışdırmağa, öz şəxsi ambisiyalarını həyata keçirmək üçün xaricdən sifariş alan qüvvələrə dəstək verməyə razı olmaz: pizza mizza

"Yoxsa 10-15 adamı ətrafına yığıb polislə toqquşmaya girmək, gərginlik yaratmaq, qrant almaq, ehtiyacı olan insanlar arasında bölüb onları şirnikləndirmək xalqa xəyanətdən başqa bir şey deyil. Heç vaxt heç kimə kənardan səbəbsiz yerə pul verilmir. Əgər pul verilirsə, onun əvəzinə nə isə istəyirlər. İstədikləri də odur ki, Azərbaycanda hakimiyyət zəifləsin, yaxud onların yaxınları hakimiyyətə gəlsin və Azərbaycanın neftini, sərvətini aparsınlar. Azərbaycan xalqı isə ac, səfalət içində yaşasın".

Baş nazirin müavini bildirib ki, Azərbaycan Prezidenti kifayət qədər uğurlu siyasət həyata keçirir: "Azərbaycan dövləti bu gün vətəndaşları üçün edə biləcəyi hər şeyi edib".

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!