Azərbaycan nadir ölkələrdəndir ki, multikulturalizmi dövlət siyasəti kimi qəbul edib və etnik-mədəni, dini, həmçinin bir çox digər müxtəliflikləri multikulturalizm siyasəti vasitəsilə çox uğurla aradan qaldıraraq inkişaf edir. Buna misal olaraq, ölkəmizdə etnik-dini zəmində heç bir ayrıseçkiliyin olmamasını göstərmək olar.
Çoxəsrlik tolerantlıq ənənələrinə malik Azərbaycanda tarix boyu müxtəlif xalqların və dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıb.
Azərbaycan etnik-dini dözümsüzlüyün, ksenofobiyanın və antisemitizmin mövcud olmadığı nadir məkanlardan biridir. Azərbaycan eyni zamanda etnik azlıqların mədəni-mənəvi dəyərlərinin qorunub-saxlanılmasına, dil və mədəniyyətinin inkişafına böyük diqqət və qayğıyla yanaşır. pizza hut
Ölkə Konstitusiyasına görə din dövlətdən ayrıdır və hər kəsin dini etiqad azadlığı var. Dövlət faktiki olaraq insanların dini inanclarına müdaxilə etmir. Təbii ki, söhbət qeyri-ənənəvi, ictimai təhlükəyə səbəb olan inanclardan, təriqətlərdən getmir. Bu sahədə aparılan siyasət nəticəsində Azərbaycanda nümunəvi dövlət-din münasibətləri formalaşıb.
Tolerantlıq ənənələrinin qorunub saxlanılmasına, multikultural dəyərlərə söykənən ictimai münasibətlərin təbliği Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biridir. Bu baxımdan ölkədə yaşayan xalqların və dinlərin nümayəndələrinə öz dini-mənəvi dəyərlərindən lazımınca faydalanmaq imkanı yaradılıb.
Azərbaycanda yaşayan xalqların və dinlərin nümayəndələri ölkədə gedən böyük inkişaf və quruculuq prosesinin fəal iştirakçılarıdır, onlar Azərbaycan dövlətinin ərazi bütövlüyü və müstəqilliyi uğrunda fədakarlıqlar göstərib.
Azərbaycanda yaşayan xalqların və dinlərin nümayəndələri Azərbaycan dövlətinin daha da güclənməsi üçün daim həmrəylik və mütəşəkkillik nümayiş etdirir.
Dəfələrlə Bakıda Dünya Dini Liderlərinin Zirvə Görüşləri, sivilizasiyalar və mədəniyyətlərarası dialoq forumları və digər bu kimi mötəbər tədbirlər keçirilib.
Bu siyasət bu gün də davam etdirilir. Ona görə də bəzi xarici qüvvələrin ölkədə dini qarşıdurma yaratmaq cəhdləri hər dəfə uğursuzluqla nəticələnir.
Telegram kanalımız