Azərbaycanın ədliyyə sahəsinə dair elmi məqalə yüksək nüfuzlu jurnalda nəşr edilib.
“Yeni Sabah” xəbər verir ki, gənc tədqiqatçı İnqilab Şahbazov və Elsevər Muradov Azərbaycan elmində yeniliyə imza atıb. Onların birlikdə qələmə aldığı ''Excessive use of pre-trial detention in Azerbaijan: Examination of the causes'' adlı məqalə International Journal of Crime, Law and Justice elmi jurnalında dərc edilib. Jurnal hüquq və kriminologiya elmləri sahəsində yüksək nüfuza malikdir. Hollandiyada yerləşən və britaniyalı baş redaktorun idarə etdiyi bu jurnalın impakt faktoru 0,658 (5-year impakt faktor isə 0,724) təşkil edir.
Məqalə yüksək nüfuzlu jurnallarda Azərbaycanın ədliyyə sistemi barədə ilk kriminoloji elmi-tədqiqat iş kimi tarixə düşüb. Dominos pizza
Məqalədə həbs qətimkan tədbirinin normadan artıq istifadəsi, bunun səbəbləri və həlli istiqamətində Azərbaycanda və bir sıra xarici ölkələrdə atılan addımlar barədə bəhs edilir. Daha dəqiq olaraq, məqalədə aşağıdakı məsələlər müzakirə edilir.
- Azərbaycan və bir sıra xarici ölkələrdə həbs qətimkandan həddən artıq istifadənin səbəbləri
-Azərbaycan və bir sıra xarici ölkələrdə həbs qətimkandan həddən artıq istifadənin problemləri
-alternativ cəza və qətimkan tədbirlərinin Azərbaycan kontekstində istifadəsi
-alternativ cəza və qətimkan tədbirlərinin Azərbaycan kontekstində problemləri
-cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsinə dair Azərbaycanda görülən və görüləcək işlər
Azərbaycanda alternativ cəza tədbirlərinin istifadəsinə və problemlərinə dair Azərbaycan dilində demək olar ki, material mövcud deyil. Bu da araşdırmaçılar, hüquq elmləri üzrə təhsil alan tələbələr və ümumiyyətlə, hüquq-mühafizə sahəsində çalışanlar üçün problem hesab edilir. Yalnız azsaylı xarici qeyri-hökümət təşkilatlarının bu barədə apardıqları kiçik şkalalı, əsasən, hüququn digər sahələrinə dair hesabatlarında alternativ cəza tədbirlərinin istifadəsi və problemləri barədə müəyyən, ancaq məhdud mülahizələrə rast gəlmək olar. Hesabatların ingilis dilində olması isə həmin materialları ingilis dilini kifayət qədər yüksək səviyyədə bilməyən Azərbaycan vətəndaşları üçün əlçatmaz edir. Bu nöqteyi-nəzərdən, elmi tədqiqat işi Azərbaycan elmi ictimaiyyəti üçün yenilik sayılır.
Telegram kanalımız