Azərbaycan elminə ağır itki üz verib.
“Yeni Sabah”ın xəbərinə görə, tarix elmləri doktoru, professor, etnoqraf Fəzail Vəliyev vəfat edib.
Onun ölüm səbəbi açıqlanmayıb. Sezar pizza
Qeyd edək ki, Fəzail Vəli İmranoğlu 30 avqust 1956-cı ildə Xanlar (indiki Göygöl) rayonunun Salahlı kəndində anadan olub. O, 1963-1973-cü illərdə həmin rayonun Poylu kənd orta məktəbində təhsil almışdır. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olur. 1980-ci ildə oranı bitirdikdən sonra təyinatla Kəlbəcər Rayon XalqMaarif Şöbəsinin sərəncamına göndərilən Fəzail Vəli İmranoğlu 1980-1982-ci illərdə rayonun Tatlar kəndində tarix müəllimi işləyib. 1983-cü ildən AMEA-da çalışırdı.
1990-2008-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Tarixi etnoqrafiya” şöbəsində baş laborant, kiçik elmi işçi, elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifələrində çalışmış, 2007-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda “XIX-XX əsrin əvvəllərində Azərbaycanın maddi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək “tarix elmləri doktoru” elmi dərəcəsini almışdır. 2010-2018-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu “Etnososioloji tədqiqatlar” şöbəsində aparıcı elmi işçisi kimi fəaliyyət göstərmişdir. 2018-ci ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdində yeni yaradılan Antropologiya Mərkəzinin (sonradan Antropologiya şöbəsi) baş elmi işçisi vəzifəsində çalışıb.
2015-ci ildə Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilib.
F.Vəliyev evli idi və iki övladı, dörd nəvəsi var.

Telegram kanalımız