“44 günlük savaş bitəndən sonra üçtərəfli bəyanatın şərtlərinə görə, Laçın dəhlizi Qarabağ ermənilərinin Ermənistana və əks tərəfə sərbəst hərəkətinə imkan verən bir yol olaraq qəbul edilib. Azərbaycan bu günə qədər də həmin yolda sülhməramlıların nəzarəti altında Qarabağda yaşayan ermənilərin Ermənistana sərbəst hərəkətinə imkan verib. Amma nəzərə almaq lazımdır ki, 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə görə, bu yoldan yalnız humanitar məqsədlərlə istifadə edilməli və bunun əvəzində Azərbaycanı Naçxıvanla birləşdirəcək Zəngəzur dəhlizi açılmalıydı”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov Laçın dəhlizində Azərbaycanın gömrük və sərhəd xidməti postlarının qurulmasıyla bağlı səslənən çağırışlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, üçtərəfli bəyannamədə hər şey razılaşdırılsa da, biz tamamilə fərlqi bir mənzərənin şahidi olduq: Pepperoni pizza
“Belə ki, Rusiya sülhməramlıları orada yerləşəndən sonra 2020-ci ilin noyabrın sonlarında Ermənistan ərazisindən Qarabağa diversantlar keçməyə başladı. Azərbaycan Silahlı Qüvvələri həmin terrorçuları Xocavənd rayonu ərazisində zərərsizləşdirib onlar həbs etmişdi. Bundan başqa, Qarabağ ərazisinə daşınan mina, silah-sursat və hərbi texnika haqqında bir müddət öncə DTX sədri müavininin açıqlamaları oldu. O, dəqiq faktlarla bunları ictimaiyyətə açıqladı”.
O.Qasımov hesab edir ki, bütün bunlar, o cümlədən son dönəmlər sülhməramlıların qeyri-adekvat davranışları Azərbaycan cəmiyyətində kifayət qədər narazılıq yaradıb və bununla bağlı iradlar ən yüksək səviyyədə dəfələrlə bildirilib:
“Bunlara diqqət edilmədiyi üçün artıq Azərbaycan ictimai fəalları və ekoloqların Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirir. Bu etiraz aksiyasının da əsas tələbi Azərbaycan dövlət qurumu nümayəndələrinin Qızılbulaq və Dəmirli yataqlarında monitorinq missiyası üçün buraxılmasıdır. Amma Rusiya tərəfi buna hələ də dirənir və əməl etmir. Sülhməramlıların komandanı general-mayor Volkov isə hələ də aksiya iştirakçıları ilə görüşmür. Bütün bu davranışlar və Ermənistan tərəfinin üçtərəfli bəyanatın 4 və 9-cu bəndlərini yerinə yetirməməsi Azərbaycanın tam şəkildə Laçın yolunun Ermənistanla sərhəd hissəsində sərhəd keçid məntəqəsi və yaxud gömrük məntəqəsi yaratmaq hüququnu özündə saxlayır. Çünki beynəlxalq hüquqla bu ərazilər Azərbaycana məxsusdur və Azərbaycan öz sərhədlərinin bu cür yerlərində istədiyi vaxt gömrük, yaxud sərhəd-keçid məntəqəsi yarada bilər”.
“Sual oluna bilər ki, bu, üçtərəfli bəyənatın şərtlərinə, o cümlədən Rusiya ilə münasibətlərdə hansı problem yarada bilər? Hesab edirəm ki, hansısa bir ciddi problem yarana bilməz. Biz Rusiya tərəfi ilə bu məsələləri müzakirə etməliyik. Rusiya tərəfindən birmənalı şəkildə tələb olunmalıdır ki, onun Qarabağda yerləşən hərbi kontingenti öz funksiyalarını dəqiq yerinə yetirsin. Onlar ya Ermənistandan gələcək bu cür qeyri-humanitar yüklərin daşınmasına imkan verməsin, ya da ki, Azərbaycan özü bu ərazilərdə qeyd etdiyim keçid məntəqələrini yarada bilər. Rusiya hərbçiləri də yol boyu hərəkət edən nəqliyyat vasitələri və vətəndaşları müşayiət edə bilərlər”, – əlavə edib.
“Əgər belə bir addım atılacaqsa, onda, əlbəttə ki, artıq Laçın rayonun Ermənistanla sərhəd hissəsi nəzarətə götürülmüş olur və Azərbaycan ərazilərinə daxil olan hər bir yük və şəxs ciddi şəkildə yoxlamadan keçirilir. O cümlədən Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak etməmiş, bizə qarşı düşmən mövqeyi tutmayan istənilən şəxs bu ərazilərə səyahət edə bilər. Bu baxımdan, belə bir addım atılarsa, həm təhlükəsizlik, həm də hüquq baxımından, prosesin müsbət istiqamət yönəlməsinə kömək edəcək. Ən azı Qarabağa silahlı terrorçuların və hərbi texnikanın aparılmasına imkan verilməyəcək və terrorçu dəstələrin Xankəndidə yuva salnmasının qarşısı alınacaq ki, bu da bölgədə gərginliyin azaldılmasına və təhlükəsiz şəraitin yaradılmasına səbəb olacaq” - politoloq fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız