“Azərbaycan Ərdoğanın dəstəyi ilə çox şeyə nail ola bilər”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Ərdoğanın dəstəyi ilə çox şeyə nail ola bilər”

Siyasət

01 Oktyabr 2021 07:09 6459


“Regionda yaranmış vəziyyət finişindədir. Bu, Azərbaycanın xeyrinə ola biləcək qələbədir. Bu qələbə Ermənistanın da qələbəsi olacaq. Azərbaycan 3-cü dövlətin iştirakı və qarantı olmadan Ermənistanla sərhəd xəttini müəyyənləşdirsə və Azərbaycan-Naxçıvan-Ermənistan-Türkiyə transport əlaqələrini yaradsa və bu müqavilərə ermənilərlə birlikdə imza atsa uzun müddətli, bəlkə də həmişəlik reqionda əmin-amanlığa nail olacaq”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, Putinlə Ərdoğanın bütün məsələlərin həll yollarını razılaşdırdığına və gələcəkdə heç bir problemin olmayacağına inanmadığını deyib: “Suriya ilə əlaqədar müvəqqəti razılaşmalar var, ancaq məsələ axıra qədər həll olunmayıb. Rusiyanın Suriyadakı tərəfdarları Türkiyə üçün, Türkiyənin tərəfdarları isə Rusiya üçün hələ də terrorçu təşkilatlar olaraq qalır.

Əfqanistanda isə Taliblərlə müzakirə etmədən nəyi müzakirə ediblər bilmirəm, çünki öncə taliblərin özü ilə müzakirə etmək lazımdır. Dominos pizza

Hər iki ölkənin Azərbaycan və Ermənistanla əlaqədar pozisiyaları tamamilə olmasa da qismən yaxındır. Putinin Qarabağla əlaqədar Türkiyə ilə birlikdə uğurla çalışırıq deməsi diplomatik jestdir, əvəzində Türkiyəyə ona lazım olmayan milyard dollarlar qiyməti olan hava hucumundan müdafiə sistemini alır. Türkiyə bu sistemi hansı ölkənin hava hucumuna qarşı istifadə edəcək məlum deyil. Türkiyə üçün havadan hucum edə biləcək yeganə ölkə Rusiya özüdür. Azərbaycan Ərdoğanın dəstəyi ilə çox şeyə nail ola bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vətəndaş
    Bu yazının mənası anlaşlan deyil. Lap erməni budaq cümləsinə oxşayır. R. Quliyev həmişə cümlələri uyğun olmayan formada seçir. Bir cümlə o birini tamamlamır.
    5 years ago