Azərbaycan Ermənistan ərazisində yeni avtomobil yolu tikdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ermənistan ərazisində yeni avtomobil yolu tikdi

Siyasət

18 Fevral 2023 14:15 7433


“Azərbaycan tərəfi Həkəri çayı üzərində yeni tikilmiş körpüdən keçməklə Ermənistan ərazisində 5,4 km uzunluğunda yeni avtomobil yolu tikərək istifadəyə verib”.

Yenisabah.az xəbər verir ki, bu sözləri bu gün Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, 2022-ci ilin avqust ayında Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun tikintisi (32 km, 2-3 hərəkət zolaqlı, 10 km hissə Ermənistan ərazisində özləri tərəfindən tikilməlidir) başa çatıb. Sezar pizza

“Azərbaycan tərəfi yeni tikilmiş yoldan ermənilərin istifadə etmələri məqsədilə sərhəddə Həkəri çayı üzərində yeni tikilmiş körpüdən keçməklə Ermənistan ərazisində 5,4 km uzunluğunda yeni avtomobil yolu da tikərək istifadəyə verib”, - S.Məmmədov qeyd edib./Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!