“Azərbaycan - Ermənistan sərhədində yeni toqquşmalar olacaq” - Rusiyalı ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan - Ermənistan sərhədində yeni toqquşmalar olacaq” - Rusiyalı ekspert

Siyasət

22 Oktyabr 2022 22:39 6325


“Delimitasiya və demarkasiya olunmayana qədər sərhəddə yeni toqquşmalar olacaq”.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini Aleksandr erməni mediasına müsahibəsində danışıb. O bildirib ki, Azərbaycanla sərhəddə eskalasiya ola bilər, çünki delimitasiya və demarkasiya işləri aparılmayıb.

“Azərbaycanın Ermənistana genişmiqyaslı hücumu üçün heç bir ilkin şərt yoxdur. Lakin Azərbaycan mövqelərini yaxşılaşdırmaq üçün yeni cəhdləri edə bilər. Dominos pizza

Sərhəddə bu gərginliklər Azərbaycana lazımdır, çünki bu yolla ticarət üçün zəmin yaranır. Ermənistanla Azərbaycan arasındakı sərhəd SSRİ dövründəki bütün sərhədlər kimi delimitasiya və demarkasiya olunmayıb. Ona görə də belə problemlər qaçılmazdır.

Rusiya ilə Azərbaycan arasında bu tip problem yarananda Rusiya Azərbaycana kifayət qədər böyük, mübahisəli bir ərazi verdi. Gürcüstanla Azərbaycan arasındakı münasibətlərdə də belə idi.

Burada çoxlu çətinliklər yaranır və təbii ki, Azərbaycan bu rıçaqdan İrəvana təzyiq göstərmək üçün istifadə ediəcək. Bakı prinsipi belədirr: əgər bizim şərtlərimizlə razılaşmasanız, o zaman sərhəddə bu və ya digər əraziyə mənsubiyyət məsələsini yenidən qaldıracağıq”, – deyə Skakov şərh edib./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!