Azərbaycan Ermənistana başsağlığı verməlidir? -   “Belə təklif irəli sürənlərin...”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ermənistana başsağlığı verməlidir? - “Belə təklif irəli sürənlərin...”

Siyasət

16 Avqust 2022 12:11 5598


İrəvanda 16 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı Azərbaycanda bəzi şəxslər Ermənistana başsağlığı verilməsini təklif edirlər. Onların fikirincə, bu, münasibətlərin normallaşmasına böyük tövhə verə bilər.

Bununla bağlı Yenisabah.az-a Milli Məclisin deputatı Aqil Abbas açıqlama verib.

O bildirib ki, bəyəm Azərbaycan dəfələrlə acı hadisələrlə qarşı-qarşıya qaldıqda Ermənistan başsağlığı verib? pizza hut

"Ermənilər özləri Azərbaycanda terror hadisəsi törədib, "Xocalı" faciəsi unudulmaz qan yaddaşımızdır, cavan qoca demədən əhalini güllə qarşısına verib. Belə halda kim başsağlığı verər onlara? 

Mən başsağlığı vermirəm, belə təklif irəli sürənlərin isə öz işidir, özləri bilər. 

Lakin onlar bilməlidirlər ki, hazırda Zabuxda meşəni yandıran, Laçında evləri, tarixi abidələrin viran qoyanlar elə ermənilərdir", - deyə deputat qeyd edib.

Nəsimi Ələsgərli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!