Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi

Siyasət

23 Sentyabr 2021 23:19 2499


Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib.

Yenisabah.az xəbər verir ki, bu barədə məhkəmənin rəsmi saytında məlumat yayılıb.

Azərbaycan məhkəməyə bildirib ki, Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətləri edib və etməyə davam edir. Marqarita pizza

Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanıdır. Təşkilatın qərargahı Niderlandın Haaqa şəhərindəki Barış Sarayındadır. Məhkəmənin əsas vəzifələri dövlətlərə təqdim edilmiş hüquqi mübahisələrin həlli və lazımi qaydada səlahiyyətli beynəlxalq orqanlar və qurumlar tərəfindən ona təqdim edilmiş hüquqi məsələlər üzrə məsləhətçi rəy verməkdir./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!