Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə 12 mart 2019-cu il tarixində Hanoy şəhərində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi və Vyetnam Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan və Vyetnam diplomatiyası: Paralellər, inkişaf, dövlət quruculuğunda rolu” mövzusunda konfrans keçirilib.
“Yeni Sabah” xəbər verir ki, konransda Vyetnam Kommunist Partiyası, Prezidenti Administrasiyası, Milli Assambleyası (Parlament), Hökuməti, Vyetnam Xarici İşlər Nazirliyi, müxtəlif dövlət və özəl qurumları, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası, Azərbaycanın Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi, ali təhsil ocaqları, beyin mərkəzləri, diplomatik korpus və kütləvi informasiya vasitələrinin yüksək rütbəli nümayəndələri, Vyetnam Diplomatik Akademiyasının rəhbərliyi və tələbə-müəllim heyəti, habelə Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunları iştirak ediblər.
Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Ramiz Həsənov və Vyetnam Sosialist Respublikası Xarici İşlər Nazirinin daimi müavini, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Bui Thanh Son konfransda xüsusi qonaq qismində çıxış ediblər. Pepperoni pizza
Konfransda çıxış edən Ramiz Həsənov 9 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinin qeyd olunacağını bildirərək zəngin dövlətçilik ənənələri və diplomatiya tarixinə malik olan ölkəmizin Qafqaz bölgəsi və tarixi İpək Yolundakı strateji mövqeyenin uzun müddət üçün Azərbaycanın beynəlxalq münasibətlərdəki mühüm rolunu müəyyənləşdirdiyini bildirib.
Həmçinin çıxışında Ramiz Həsənov Azərbaycan Demokratik Respublikası haqqında dolğun məlumatı tədbir iştirakçılarının diqqətinə çatdıraraq ADR-in 11 yanvar 1920-ci ildə Paris Sülh Konfransında müstəqil dövlət kimi tanındığını qeyd etmişdir. Nazir müavini cəmi 23 ay mövcud olan ADR-in fəal xarici siyasət həyata keçirdiyini söyləyib.
Ramiz Həsənov Azərbaycanın xarici siyasətindəki əsas prioritetlərindən birinin digər ölkələr, o cümlədən ölkəmizin Cənub-Şərqi Asiya bölgəsindəki əsas tərəfdaşlardan biri olan Vyetnam ilə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasından ibarət olduğunu bildirərək bu əlaqələrin təməlinin Heydər Əliyev və Vyetnamın Prezidenti Ho Chi Minh tərəfindən qoyulduğunu xüsusi vurğulayıb.
Tədbir əsnasında Ramiz Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında toplantı iştirakçılarına müfəssəl məlumat verərək münaqişənin yalnız Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həll olunmasının mümkünlüyünü qeyd edib.
Məruzəçilər öz çıxışlarında hər iki ölkənin diplomatiyasının keçmişi, bugünü və gələcəyi, diplomatiyanın dövlətçiliyimizin qorunmasındakı rolu, habelə Azərbaycan ilə Vyetnam arasında siyasi, iqtisadi və humanitar sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivlərinə toxunublar.
Telegram kanalımız