Azərbaycan Formula 1-in vaxtını dəyişdirir

Azərbaycan Formula 1-in vaxtını dəyişdirir

İdman Veb saytların hazırlanması

25 Aprel 2019 15:10 3634


"Azərbaycan Formula 1 Qran Prisi yarışlarının keçirilməsi vaxtının dəyişdirilməsi ilə bağlı danışıqlar aparır".

Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildlrib: "Hazırda Formula 1 yarışları 21 mərhələdən ibarətdir. İlk yarış ölkəmizdə iyun ayında keçirilib. Gələcək illərdə də yarışların iyun ayında aparılması üçün danışıqlar aparılır. Hazırda 4 ölkə Qran Pri yarışlarının keçirilməsi üçün növbə gözləyir".

Xatırladaq ki, Bakıda 26-28 aprel tarixlərində Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!