DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin VI turu çərçivəsində keçirilən Azərbaycan - Fransa oyunu başlayıb.
“Yeni Sabah” xəbər ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:00-da start götürüb.
Matçı latviyalı FIFA referisi Andris Treymanis idarə edir. Toyuqlu pizza
***
2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin altıncı turu çərçivəsində keçirilən Azərbaycan - Fransa matçında hesab açılıb.
Millimiz oyunun ilk dəqiqələrində hesabı açıb. İlk qolu 4-cü dəqiqədə Renat Dadaşov vurub.
***
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyununda ikinci qol vurulub. Bu dəfə qonaqlar tarazlığı bərba ediblər - 1:1. 17-ci dəqiqədə Jan-Filipp Mateta fərqlənib.
***
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyununda üçüncü qol vurulub. Qonaqlar bu dəfə hesabda önə keçiblər - 2:1. 30-cu dəqiqədə Manes Akliuş fərqlənib.
***
2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin altıncı turu çərçivəsində keçirilən Azərbaycan - Fransa matçında qonaq komanda üçüncü qolu vurub.
Fransanın üçüncü qolunu 45+1-ci dəqiqədə Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev öz qapısından keçirib.
Fransa millisi fasiləyə 1:3 hesabı ilə öndə yollanıb.
Telegram kanalımız