Azərbaycan gözəli seçilən qız danışdı: “Biri boyuma, digəri yerişimə...”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan gözəli seçilən qız danışdı: “Biri boyuma, digəri yerişimə...”

Şou

04 Aprel 2019 21:33 1806


“Saçlarım təbiidir. Gözəllik yarışmasına qatılan insan süni olmamalıdır. Məndə heç bir estetik əməliyyat yoxdur. Bundan qorxan bir insanam”.

Bu sözləri “Azərbaycan gözəli- 2019” müsabiqəsinin qalibi Melissa Nuriyeva “Lent.az”ın canlı yayımında qonaq olarkən ünvanına səsləndirilən tənqidlərə cavabında deyib.

“Hər kəs kənardan baxıb şərh yazır. Qınamıram, indi hamı estetik etdirir. Belə hallar çoxaldığı üçün kimdəsə uzun saç görəndə düşünürlər ki, qaynaqdır. Bilməyib danışanlara hörmətlə yanaşıram. Gözəllik yarışmasına təbii olaraq çıxmalısan. Yarışmada hər şey bir-birini tamamlamalıdır. Münsiflərin biri boyuma, digəri yerişimə üstünlük verirdi”. pizza mizza

Melissa seçimlərin ədalətli şəkildə keçirildiyini qeyd edib: “Seçimlər saxta olmayıb, hər şey ədalətli şəkildə baş verib. Hər kəs düşünür ki, pul ilə önə gedirlər. Mən yarışmada belə şeylərlə rastlaşmadım. Mənim öz işim var, modellik isə hobbimdir. Bundan əvvəl seçilən gözəlləri də tənqid ediblər”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!