Azərbaycan güləşçiləri 3 medal qazanıblar

Azərbaycan güləşçiləri 3 medal qazanıblar

İdman Veb saytların hazırlanması

25 Yanvar 2019 22:31 842


Azərbaycanın 3 yunan-Roma güləşçisi İranın Əndimeşk şəhərində keçirilən “Təxti kuboku”nda fəxri kürsüyə yüksəlib.

39-cu dəfə təşkil olunan ənənəvi yarışda Azərbaycan yığmasını böyük məşqçisi Rövşən Bayramov və məşqçi Emin Əhmədovun rəhbərliyi altında 10 güləşçi təmsil edib. İran, Azərbaycan, Gürcüstan, Ermənistan, Kuba, Çin, Xorvatiya, Serbiya və Fələstin pəhləvanlarının mübarizə apardığı turnirdə Azad Əliyev (72 kq) gümüş, Ziyad Zeynalov (55 kq) və Arif Niftullayev (97 kq) isə bürünc medal qazanıb. Mikayıl Rəhimov (60 kq), Zaur Nuriyev (63 kq), Kərim Cəfərov (67 kq) və Elməddin Ramazanov (82 kq) beşinci yerlə kifayətlənib.

Yığma komanda hesabında 134 xalla 2-ci yeri tutub. İran (240) birinci, Gürcüstan (109) isə üçüncü olub.

Qeyd edək ki, III dərəcəli beynəlxalq hakim Elgün Məmmədov yarışda ədaləti qoruyub.

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!