Azərbaycan, Gürcüstan və Türkiyə arasında Üçtərəfli Komitə yaradılır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Üçtərəfli Komitə yaradılır

Siyasət

20 Dekabr 2021 15:16 637


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol”un təsdiq edilməsi barədə Fərman imzalayıb.

Yenisabah.az-ın xəbərinə görə, Fərmana əsasən, 2021-ci il oktyabrın 8-də İzmir şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol” təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Marqarita pizza

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan və Türkiyə Respublikası tərəflərinə bildiriş göndərməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!