“Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır”

Siyasət

15 Mart 2023 19:28 599


Azərbaycanın xarici siyasətində Avropa ölkələrinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir, yeni istiqamətlər müəyyənləşdirilir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünyanın bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilib. Prezident İlham Əliyevin martın 13-də Almaniya Federativ Respublikasına işgüzar səfəri, səfər çərçivəsində keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər, səsləndirilən fikirlər də deyilənlərin təsdiqidir.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Bu reallıq dövlət başçısı İlham Əliyevin səfər çərçivəsində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə, həmçinin Azərbaycan Prezidenti ilə Almaniya Kansleri Olaf Şoltsın mətbuata birgə bəyanatlarından sonra media nümayəndələrinin suallarını cavablandırarkən də diqqətə çatdırıldı. pizza

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, hazırkı dövrün əsas çağırışları sırasında bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması olduğundan dövlət başçısı İlham Əliyev almaniyalı iş adamları ilə görüşündə ölkəmizin bu sahədə mövcud imkanları barədə də ətraflı məlumat verdi. 

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan-Almaniya siyasi əlaqələri yüksək səviyyədədir. Prezident İlham Əliyevin indiyədək Almaniyaya iki rəsmi, 11 işgüzar səfəri olub. Səfərlərin hər biri münasibətlərdə yeni səhifənin açılması deməkdir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, qarşılıqlı səfərlər, eyni zamanda, bu səfərlər zamanı münasibətlərin inkişafı üçün möhkəm hüquqi baza olan sənədlərin imzalanması əməkdaşlığın genişləndirilməsinə öz töhfələrini verir. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Bu fikir Almaniya Kansleri tərəfindən də xüsusi qeyd edildi ki, Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Azərbaycanın həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün böyük potensialı mövcuddur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!