“Azərbaycan hərbçilərinə qarşı amansız rəftarın görüntüləri dərin narahatlıq doğurur” - ATƏT

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan hərbçilərinə qarşı amansız rəftarın görüntüləri dərin narahatlıq doğurur” - ATƏT

Siyasət

14 Aprel 2023 18:12 667


“Ermənistanda Azərbaycan hərbçisinə qarşı açıq-aşkar amansız rəftarın görüntüləri dərin narahatlıq doğurur”.

Yenisabah.az xəbər verir ki, bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) məlumat yayıb.

ATƏT/DTİHB insidentlə bağlı dərhal araşdırma aparmağa çağırıb: “Bu, günahkarların beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyətə cəlb olunmasına kömək edəcək”. pizza hut

Xatırladaq ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarı pisləməyə çağırıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!