“Azərbaycan ilə Çin arasında əla münasibətlər var” - İlham Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan ilə Çin arasında əla münasibətlər var” - İlham Əliyev

Siyasət

03 May 2023 20:51 870


"Azərbaycan ilə Çin arasında əla münasibətlər var. Si Cinpinin məni Çinin yaxşı dostu adlandırması əməkdaşlığımızın səviyyəsini nümayiş etdirməyə kifayətdir".

Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında söyləyib.

Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşdırılması məsələsinə toxunan dövlətimizin başçısı deyib: “Səudiyyə Ərəbistanı bizim üçün qardaş ölkədir və bu ölkə ilə gözəl münasibətlərimiz var. Onlar bizə görə Ermənistanla diplomatik münasibətlər qurmayıb və bunun böyük əhəmiyyəti var. İran isə bizim qonşumuzdur və biz orada sabitlik və proqnozlaşdırıla bilinən vəziyyətin olmasının istəyirik”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!