Azərbaycan “Intervision” müsabiqəsindən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan “Intervision” müsabiqəsindən imtina etdi

Mədəniyyət

20 Avqust 2025 14:51 522


Azərbaycan sentyabrın 20-də Moskvada keçiriləcək “İntervision” müsabiqəsindən imtina edib.

Yenisabah.az xəbər verir ki, “Intervision” müsabiqəsi ilə bağlı “Instagram” hesabında Azərbaycan və BƏƏ-nin daxili səbəblər və hazırlıq üçün vaxtın azlığını əsas gətirərək iştirak etməyəcəyi bildirilib.

Bundan əlavə, müsabiqənin promo animasiyasında (məsələn, Qırmızı Meydandakı video və sosial şəbəkələrdəki bannerlər) bütün iştirakçı ölkələrin bayraqları göstərilib. Lakin ilkin mərhələdə iştirakçılar arasında qeyd olunsa da, Azərbaycan bayrağı orada olmayıb. Pepperoni pizza

Müsabiqənin rəsmi "Telegram" kanalında təşkilatçılar bütün iştirakçı ölkələrin emoji bayraqlarından seçmələri dərc ediblər. Azərbaycan da bu siyahılarda yox idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!