Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi

Rəsmi

25 Aprel 2025 18:30 897


Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Holdinqin idarəetməsinə verilmiş portfel şirkətlərin 2024-cü ilin yekunları üzrə fəaliyyət hesabatı, əsas maliyyə nəticələri, o cümlədən ümumi gəlir və EBİTDA göstəriciləri, AİH-nin idarəetməsinə verilmiş yeni portfel şirkətlər ("Azəralüminium" MMC, "Azərbaycan Alüminiumu" ASC və "Azərpambıq ASK" MMC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən portfel şirkətlərində korporativ idarəetmənin qiymətləndirilməsi layihəsinin yekun hesabatı və əsas praktik tövsiyələri, Birgə İnvestisiya Fondları çərçivəsində görülmüş işlər və digər məsələlər ətraflı müzakirə olunub. Sezar pizza

İclasda Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanovun geniş hesabatı dinlənilib.

İclasın yekununda AİH-nin Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!