Azərbaycan iqtisadi mürəkkəblik üzrə artım tempinə görə lider olub

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan iqtisadi mürəkkəblik üzrə artım tempinə görə lider olub

İqtisadiyyat

29 May 2025 15:07 605


Azərbaycan Harvard Universitetinin beynəlxalq inkişaf mərkəzi “Growth Lab”ın “İqtisadi Mürəkkəblik İndeksi”ndə 5 ildə 44 pillə irəliləyərək artım tempinə görə lider olub. 

Yenisabah.az xəbər verir ki, Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi  ölkələrin “İqtisadi Mürəkkəblik İndeksi”nin (Economic Complexity Index) qiymətləndirildiyi növbəti hesabatını açıqlayıb. Azərbaycan İqtisadi Mürəkkəblik İndeksində ən yüksək müsbət irəliləyiş dinamikası nümayiş etdirib. 

2018-2023-cü illərin göstəricilərinə əsasən, ölkəmiz 5 ildə 44 pillə irəliləyərək 95-ci yerdə qərarlaşıb. Azərbaycanın reytinqdə dinamik yüksəlişinə iqtisadi şaxələndirmə, yeni istehsal sahələrinin yaradılması, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft-qaz emal sənayesi məhsullarının həcmi və çeşidinin artırılması, xüsusilə sənaye parklarının səmərəli fəaliyyəti ilə ixrac potensialının genişləndirilməsi nəticəsində nail olunub. Pepperoni pizza

“Growth Lab”ın analitikləri vurğulayırlar ki, sənaye parklarına yatırılan investisiyalar şaxələnmə üçün yeni imkanlar yaradır. Bu baxımdan Sumqayıt Kimya Sənaye Parkını qeyd etmək olar. Parkda istehsal olunan rəqabətqabiliyyətli qeyri-neft məhsulları ixracın çeşidini artırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!