Son dövrlərdə Gəncə və Naxçıvan reysinin Ermənistanın hava məkanından istifadə olunmaqla “Türk Hava Yolları” vasitəsilə həyata keçirilməsindən sonra birbaşa olaraq Bakı-Naxçıvan reysi üçün Ermənistan hava məkanından istifadə olunması yeni şərtlər, yeni reallıqlardır və bu yeni reallıqlar 44 günlük tarixi qələbədən sonra əldə olunan bir reallıqdır. Önəmli bir xüsus da bundan ibarətdir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) hava nəqliyyatında sərnişin və yükdaşımalarına qarşı bir yasaq qoymur.
Yenisabah.az xəbər verir ki, bunu siyasi şərhçi İlyas Hüseynov bildirib.
O qeyd edib ki, daxili qanunvericiliklərə uyğun olaraq hər hansı dövlət özünə məqbul olmayan, arzuolunmaz dövlətə qarşı hava məkanını bağlaya bilər: Pepperoni pizza
“Bu, dövlətin yurisdiksiyası daxilində olan bir məsələdir. Lakin Ermənistanın işğalçılıq siyasəti səbəbindən Azərbaycan həm Naxçıvanla, həm Türkiyə ilə, həm Qərbə istiqamətlənən marşrut xətlərində və hava nəqliyyatında Ermənistanın hava məkanından istifadə etmirdi. Önəmli bir məqam da bundan ibarətdir ki, Azərbaycan-İran münasibətlərində yaranan gərginlik fonunda Ermənistanın öz hava məkanını açıq elan etməsi və “Türk Hava Yolları”nın laynerlərinin Ermənistanın hava məkanından uçuş həyata keçirməsi maraqlı mətləblərdən xəbər verir. Görünür, Ermənistan həm bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılmasında maraqlıdır və bu istiqamətdə öz hava məkanını da Azərbaycanın istifadəsinə verir”.
İlyas Hüseynov bildirib ki, digər maraqlı məsələ İranın Naxçıvana hərbi təyinatlı yüklərin daşınmasına qadağa qoymasıdır:
“Bununla bağlı məsələ ikitərəfli müstəvidə siyasi dialoqun dərinləşdirilməsi yolu ilə həll oluna bilər. Ümumiyyətlə, Ermənistanın 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinin ruhuna uyğun addımlar atması bölgədə sülhü daha da dayanıqlı edir. Eyni zamanda Azərbaycanın Ermənistan tərəfinə irəli sürdüyü şərtlər daxilində sülh müqaviləsi imzalanması ehtimallarını daha da artırır. Əgər bunun ardınca Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanıyarsa, delimitasiya və demarkasiya prosesi sürətlə həyata keçirilərsə, eyni zamanda üçtərəfli birgə bəyanatın 9-cu maddəsi tam almanda Zəngəzur dəhlizi formatında həyata keçirilərsə, onda Azərbaycanla Ermənsitan arasında çoxşaxəli və geniş əhatəli sülh müqaviləsi imzalana bilər. Bunun üçün Ermənistanın bu gün İranla gərgin olan münasibətlərdə öz hava məkanından istifadəyə razılıq verməsi artıq ilkin konturlardır və bu istiqamət dəyərləndirilməli, daha da genişləndirilməlidir ki, sülh müqaviləsi üçün atılan taktiki əməli addımlar öz bəhrəsini versin”.
Politoloq qeyd edib ki, Qafqazda birgəyaşayışın fəlsəfəsi təmin olunmalı və sülhün daha da artırılması, təhlükəsizlik mühitinin formalaşması, tərəflər arasında etimad atmosferinin daha da dərinləşməsi lazımdır. Onun sözlərinə görə, bunun üçün dövlət səviyyəsində, ali rəhbərliklər səviyyəsində görüşlərin keçirilməsi nəzərdən keçirilir:
“Artıq BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş keçirilib. Ermənistan və Azərbaycan arasında da ali səviyyədə görüş keçirilməsi siyasi gündəlikdədir. Mənə elə gəlir ki, artıq bunun üçün danışıqlar da həyata keçirilir”.
Qeyd edək ki, Azərbaycan Hava Yolları QSC-nin Ermənistan üzərindən uçuşlara başlaması birtərəfli addım deyil. Belə ki, müharibə bitdiyinə görə regional aviasiya təhlükəsizliyi qaydaları da dəyişib. Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq Zəngəzur dəhlizinin üzərindəki hava məkanından istifadə edərək uçuşlar yerinə yetirir. Həm Azərbaycanın, həm də Ermənistanın bununla bağlı öhdəliyi var. Eyni şəkildə Ermənistanın mülki təyyarələri də Azərbaycan hava məkanından keçən dəhlizlərdən istifadə edə bilərlər. Bu, eyni zamanda, regionda kommunikasiyaların açılmasının növbəti nümunəsidir. Nəticədə Ermənistan da tranzit ölkəyə çevrilir və İranın hava məkanından istifadəyə ehtiyac qalmır./Teleqraf
Telegram kanalımız