“Azərbaycan İrana əzələ nümayiş etdirdi, bundan sonra...”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan İrana əzələ nümayiş etdirdi, bundan sonra...”

Siyasət

02 Noyabr 2022 23:31 2273


"Azərbaycan İrana əzələ nümayiş etdirdi. İranla Azərbaycan arasında 30 il ərzində qarşılıqlı hərbi əzələ nümayişi olmamışdı. Azərbaycanın ikinci Qarabağ müharibəsində qalıb gəlməsi, regionda yeni geosiyasi reallıqlar yaratması, Tehran rejimini narahat etdi".

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloq bildirib ki, İran Azərbaycanla sərhəddə üç hərbi təlim keçirməklə hərbi əzələ nümayiş etdirib: Dördpendirli pizza

"Axırıncı təlimlər isə, hücum xarakterli idi. Buna görə Tehranın cavabı verilməli idi. Azərbaycan cənub sərhədlərində müxtəlif qoşun növlərinin hərbi təlimlərinə start verdi. Xüsusi təyinatlılar(Yaşma), aviasiya və artilleriya qoşunlarının birgə hərbi təlimləri Tehran rejiminə mesajdır.

Məhz bu təlimlərdə YAŞMA adlanan xüsusi təyinatlıların hərbi təlimlərə cəlb edilməsi dost dediyi Ermənistanın aqibətini Tehrana göstərməkdir".

"İran müstəqil və güclü Azərbaycanı qarşısında görür. Bu hərbi təlimlər Tehranda oturan fars rejimində "soyuq duş effekti" yaradır.

Bundan sonra, İran Azərbaycanla sərhəddə təlimlər keçirməyəcək. Ölkəmizə qarşı hibrid müharibəsini davam etdirəcək. İran növbəti hərbi təlimlərini Xəzər dənizində keçirə və Azərbaycanın ərazi sularına poza bilər. Belə olan təqdirdə İran gəmilərinə qarşı mütləq hərbi müdaxilə edilməlidir", - M.Əsədullazadə xüsusi vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!