Azərbaycan İrana nota verdi

Azərbaycan İrana nota verdi

Siyasət

03 Dekabr 2022 18:26 5550


Son günlərdə 14 nəfər İran İslam Respublikası vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazisinə daxil olduğu barədə xəbərlər yayılıb. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

"Azərbaycan Respublikasının ərazilərinə hər hansı bir xarici səfər Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir.

İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə gəldikdə, məlumata aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq nota göndərilmişdir.

Hal-hazırda, məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir", - bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!