“Azərbaycan İrandakı səfirini geri çağıracaq”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan İrandakı səfirini geri çağıracaq”

Siyasət

05 Oktyabr 2021 21:18 6171


"İran Naxçıvana Azərbaycanın hərbi nəqliyyat yolunu bağlayıb. Proseslər hər iki ölkənin səfirinin geri çağırılması ilə inkişaf edə bilər”.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, İran Azərbaycana qarşı ciddi təhdidedici addımlar atır:

"İran Azərbaycanla dövlət sərhəddində narkotik qaçaqmalçılıq adı ilə sərhədçilərimizə qarşı silah işlədə bilər. Dövlət sərhədinin cənub və cənub-qərb istiqamətində diqqətli olmalıyıq.  Azərbaycan tərəfi ilkin olaraq, səfiri geri çağırmalı və İranın Ali dini rəhbərinin Azərbaycanda nümayəndəsini ölkədən çıxarmalıdır. Ümumiyyətlə, İranın Ali dini rəhbərinin Azərbaycanda ofisi "5-ci" kolon hazırlayır və ölkəmizdə gənclərin ideoloji olaraq iranyönümlü kimi yetişdirirlər”. Marqarita pizza

Politoloq qeyd edib ki, İran-Azərbaycan əlaqələri geridönməz mərhələyə keçib: "Siyasi atmosfer Tehran tərəfindən qızışdırılır və geosiyasi şərtlərlə barışmır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!