Azərbaycan-İslandiya oyununa hakim təyinatları açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-İslandiya oyununa hakim təyinatları açıqlandı

İdman

11 Noyabr 2025 13:59 737


Azərbaycan və İslandiya yığma komandaları arasında keçiriləcək DÇ-2026-nın seçmə mərhələ oyununa hakim təyinatları açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, matç Monteneqrodan olan hakimlər briqadasına həvalə edilib.

Oyunun baş hakimi FIFA referisi Nikola Dabanoviç olacaq. Ona Vladan Todoroviç və Srdan Yovanoviç kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Miloş Boşkoviç yerinə yetirəcək. Toyuqlu pizza

VAR-da serbiyalı Momçilo Markoviç, AVAR-da isə onun həmyerlisi Aleksandar Jivkoviç olacaqlar.

Qeyd edək ki, noyabrın 13-də saat 21:00-da start götürəcək Azərbaycan - İslandiya oyunu 8-ci km stadionunda keçiriləcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!