Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın iclası keçirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın iclası keçirildi - Foto

Siyasət

28 Aprel 2021 23:41 937


Bu gün Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Qabi Aşkenazi "Twitter" hesabında məlumat verib.

"Bu gün nazir Mikayıl Cabbarovla birgə İsrail və Azərbaycan Hökumətlərarası Komissiyanın iclasına həmsədrlik etməkdən məmnun oldum. Məhsuldar müzakirələr aramızdakı dostluğu əks etdirir", İsrail XİN başçısı qeyd edib. pizza

Bu il İsraildə Azərbaycanın rəsmi Turizm və Ticarət Bürolarının açılışının planlaşdırıldığını qeyd edən Q.Aşkenazi bunu alqışladığını bildirib. 

"Bu, İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində mühüm addımdır", İsrail XİN başçısı vurğulayıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!