Azərbaycan aviayanacaq tədarükünə başladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan aviayanacaq tədarükünə başladı

İqtisadiyyat

11 May 2019 15:20 1127


SOCAR İstanbulun yeni hava limanına aviasiya yanacağının tədarük olunmasına başlayıb.

Bunu "Yeni Sabah"a “SOCAR Turkey” şirkətindən bildiriblər.

Şirkətdən deyiblər ki, yanvar ayından, həmçinin STAR neft emalı zavodu “Petkim” neft-kimya kompleksinə nafta tədarükünə başlayıb. pizza

Qeyd olunub ki, STAR zavodunda sınaq prosesləri başa çatıb və bütün qurğular istifadəyə verilib:

“Bu il STAR neft emalı zavodu 8 milyon ton xam neft emal edəcək. Zavod xam neftin müxtəlif növlərini emal edə bilər. Hazırda emal olunan xammalın böyük hissəsi Rusiyadan olan “Urals” növüdür”.

Xatırladaq ki, SOCAR İstanbulda yeni hava limanının aviasiya yanacağı ilə təmin olunması bağlı tenderin qalibi olub.

Şirkət tenderdə “SOCAR Aviation” markası ilə iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!