Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın yekunlarına dair Protokol imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın yekunlarına dair Protokol imzalandı

İqtisadiyyat

13 Yanvar 2026 13:02 294


Bakıda Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.

“Yeni Sabah” xəbər verir ki, toplantı çərçivəsində iki ölkə arasında energetika, ticarət, sənaye, investisiya və kiçik və orta biznes sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

Azərbaycan tərəfdən Komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellidir. pizza hut

Tədbirdə Azərbaycan və İtaliya hökumətlərini təmsil edən rəsmi şəxslər, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Sonda Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb.

Protokolu Azərbaycan tərəfdən komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli imzalayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!