Azərbaycanın keçmiş müharibə müxbiri Bolqarıstanda zəfəran yetişdirəcək.
“Yeni Sabah” xəbər verir ki, azərbaycanlı jurnalist Vasif Əliyev zəfəran yetişdirmək üçün Bolqarıstana köçəcək. Jurnalistika sahəsində təhsil almış Vasif Əliyev Dağlıq Qarabağda müharibə müxbiri kimi fəaliyyət göstərib. Həyat yoldaşı Ukraynada olduğu üçün uzun müddət orada yaşayan jurnalist Bolqarıstana köçməyi qərara alıb.
O, deyib ki, Bakı ətrafı ərazilərdə ənənəvi olaraq yetişdirilən zəfəran bitkisi uşaqlıq məşğuliyyətlərindən biri olub. “SSRİ dövründə ərazidən 25 ton quru zəfəran əldə olunub” deyən V.Əliyev Bolqarıstana köçərək uşaqlıq xəyalını gerçəkləşdirmək istədiyini bildirib. Dördpendirli pizza
Vasif Əliyev Bolqarıstanda Beynəlxalq Zəfəran və Təbii Zəfəran Məhsulları İstehsalçıları Birliyinin prezidenti Həsən Tahirov ilə də görüşüb. Onun sözlərinə görə, jurnalist 300 dekar zəfəran yetişdirmək istəyir: “O zəfəranla bağlı bilgilərini, biz də təcrübəmizi paylaşaraq bir-birimizə faydalı ola bilərik”.
Elnarə İlham
Telegram kanalımız