Azərbaycan “Kaan”la maraqlanır - Baş direktor

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan “Kaan”la maraqlanır - Baş direktor

Dünya

23 Fevral 2024 10:53 791


Qardaş ölkələr, o cümlədən Azərbaycan “Kaan”la maraqlanır.

Yenisabah.az “TRT Haber”ə istinadla xəbər verir ki, bunu Türkiyənin Aviasiya və Kosmos Sənayesi şirkətinin (TÜSAŞ) baş direktoru Temel Kotil deyib.

“Əlbəttə, satış məsələsi ilə bağlı danışa bilmərəm. Bu, dövlətin məşğul olduğu işdir. Amma “Kaan” ciddi texnikadır”. Toyuqlu pizza

T.Kotil, həmçinin qeyd edib ki, “Kaan” qardaş ölkələr üçün əhəmiyyətlidir.

Qeyd edək ki, “Kaan” Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin F-22 və F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib. Təyyarə fevralın 21-də ilk uçuşunu uğurla həyata keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!